"İçərişəhər"in söküntüsünə cavab - "Restoranlar abidəyə çevrilib"

26 Aprel, 2019 13:04 | Sosial | Baxış sayı: 110
İçərişəhərdə tikilən restoran
İçərişəhərdə tikilən restoran

Qoruq rəsmisi abidədə aparılan restoran tikintisinə haqq qazandırdı

“İçərişəhər” İdarəsinin aparat rəhbəri son günlərdə tanrixi abidənin söküntüsü ilə bağlı yayaılan məlumatlarla bağlı mətbbuat konfransı keçirib. Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov bildirib ki, abidədə quraşıdrılan yeni restroan,  kafe konstruksiyaları divardan 1-3 metr aralıdır.

“Bu, həm də çirkab suların axması probleminə çarədir. Ara məsafəsində görə qala divarlarına həm nəmişlik olmayacaq. Yeni obyektlər şüşədən olacaq. Həm tarixi görüntü görünəcək, həm də qala divarlarına işıq düşəcək. Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub. Mən hesab edirəm ki, restoranlar orada normal fəaliyyəti göstərirsə, onların ləğv edilməsi məqsədəuyğun deyil. Bu, nə dövlətin, nə də idarənin məqsədidir. Oradakı beton platforma heç bir halda qalaya zərər vermir. Həmin restoranlar İçərişəhərə gələn qonaqların, sakinlərin sevilən məkanlarına çevriləcək”.

İstiPress-in ona-ya istinadla verdiyi məlumata görə, R.Qasımov qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır. "Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək". 

R.Qasımov bildirib ki, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir. O, qeyd edib ki, idarə təzə yaradılan zamanı qərara alınmışdı ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edilsin.

"Sovet dövründə - 1954-cü ildə orada aşağı səviyyəli restavrasiya aparılıb. Erməni əsilli memar tərəfindən bürc ləğv olunub, əvəzində düz divar tikilib. Biz arxivdən tarixi bürc görüntüsünü əldə etdikdən sonra - 2011-2012-ci ildə bu bürc bərpa olundu. İndi sosial şəbəkələrdə yayılan şəkillər həmin restavrasiyaya aiddir”.