Bazarda ani ölüm - FOTO

26 Aprel, 2019 15:56 | Sosial | Baxış sayı: 297
Kababçı
Kababçı

Kababçı anidən yıxılıb və yerindəcə keçinib

Bərdə rayonunda yerləşən "Təzə bazar"da ölüm hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, 1965-ci il təvəllüdlü Tahir Qasım oğlu Ağayev anidən yıxılıb və yerindəcə keçinib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

T.Ağayev bazarda kababçı işləyirmiş.  

Faktla bağlı araşdırma aparılır.