Bakıda fəhlə üzbəüz binaya keçmək istədi - faciəli ölüm

26 Aprel, 2019 14:47 | Sosial | Baxış sayı: 119
Bina tikintisi - ARXİV
Bina tikintisi - ARXİV

Hadisə 5-ci mərtəbədə baş verib

Bakıda fəhlə binadan yıxılıb.

IstiPress-in "Trend"ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Rayonun Səməd Vurğun, Ş.Əzizbəyov, S. Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən, 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu həmin binanın 3-cü blok 5-ci mərtəbəsindən üzbəüz inşa olunan binanın 4-cü blokunun 5-ci mərtəbəsinə keçmək istəyərkən yıxılıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.