Zorlandığı deyilən 1-ci sinif şagirdinin xalası sərt danışdı

26 Aprel, 2018 16:59 | Sosial | Baxış sayı: 411
236 saylı məktəb
236 saylı məktəb

Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagirdi) tərəfindən zorlanması, yaxud seksual zorakılığa məruz qalması iddiaları ilə bağlı qalmaqaldan  sonra bu gün məktəbdə valideyn iclası keçirilib.

İstiPress-in məlumatına görə, iclasda direktor Nurqələm Bayramova və uşağın himayəçisi qismində çıxış edən xalası məlumatı yayanları məhkəmə ilə hədələyib.

“Dedilər ki, uşağın valideynləri qəzada ölüb, onu xalasının himayəsinə veriblər. Xalası da bildirdi ki, uşaq məktəbin tualetində yıxılıb, zorlamada  ittiham olunan uşaqlar isə əksinə, ona köməklik ediblər, yerdən qaldırıblar”, - deyə iclasdan çıxan valideynlərdən biri söyləyib.

Direktor isə valideyinləri sakitləşdirərək  bu məlumatın “qəsdən yayıldığını”, məktəbə qarşı “təxribat” olduğunu deyib. Bildirib ki, məsələ artıq yoluna qoyulub, polisə də müvafiq izahat verilib.

Valideynlər deyiblər ki, uşağın xalasının hədəsindən sonra heç kim etiraz etməyib, hadisənin düzgün araşdırılmasında israr etməyib. “Görəndə ki, uşağın himayəçisi direktorun dediyini deyir, biz nə edə bilərdik? Ona görə də heç kim məsələnin düzgün araşdırılmasında israr etmədi”-iclasdan çıxan valideyinlərdən biri danışıb.