Bakının ən böyük prospekti də bağlanır

26 Aprel, 2018 12:14 | Sosial | Baxış sayı: 156
Yol təmiri
Yol təmiri

Yol təzədən rənglənir

Bakının ən böyük prospekti bağlanır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İstiPress-ə verilən məlumata görə, Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır. 

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi  həyata keçiriləcək. Bununla əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.