Həkimlər ayağını tərs tikdilər - FOTO

26 Aprel, 2017 20:23 | Sosial | Baxış sayı: 552
Fevzi Aktaş
Fevzi Aktaş

Özü isə bundan məmnundu

Türkiyədə qəribə hadisə baş verib. Keçirdiyi yol qəzası nəticəsində Səlcuq Universitetinin Tibb Fakültəsində müalicə alan Fevzi Aktaşın sol ayağının bud nahiyəsində qırıqlar və infeksiya meydana gəldiyi müəyyən edilib.

IstiPress “Milliyet”ə istinadən xəbər verir ki, sol ayağının tamamilə kəsiləcəyi dəqiqləşən Aktaşın protezi daha yaxşı istifadə edə bilməsi üçün bud hissədən kəsilərək ayağının tərsinə tikilməsinə qərar verilib.

Əməliyyatdan sonra sağlamlığına qovuşan Fevzi Aktaş ayağının hamısını itirməkdənsə, bu vəziyyətdə protezlə daha rahat yaşayacağına ümid edir.