Universitetlərə sənəd qəbulu təxirə salındı - Azərbaycanda

26 Mart, 2020 10:10 | Sosial | Baxış sayı: 548
İmtahan
İmtahan

Yeni tarix Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

2020-ci il 30 mart - 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzindən (DİM) verilib. 

Qəbul Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq dayandırılıb. 

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.