Rusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxdu

26 Mart, 2020 12:34 | Sosial | Baxış sayı: 40

Ölkə ərazisində 840 yoluxma müəyyən olunub

Rusiyada martın 26-da koronavirusa yoluxma ilə bağlı 182 fakt qeydə alınıb.

IstiPress Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin əməliyyat qərargahı məlumat yayıb.

Bildirilib ki, yoluxma Rusiyanın 56 regionunda qeydə alınıb. Ümumilikdə isə martın 26-dək ölkə ərazisində 840 yoluxma müəyyən olunub, onlardan 38 nəfər sağalıb.