Koronavirus qurbanları 18 mini ötdü

26 Mart, 2020 11:05 | Sosial | Baxış sayı: 27
Koronavirus
Koronavirus

Dünyada yarım milyarda yaxın insan virus daşıyıcısına çevrilib

Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, koronavirusdan ölənlərin sayı 18 440 nəfərə, virus daşıyıcılarının sayı isə 414 179 nəfərə çatıb.

Yoluxma hallarının əksəriyyəti Avropanın payına düşür - 220 516 yoluxma və 11 986 ölüm. Ən çox ölüm və yoluxma isə İtaliya və İspaniyadadır. Gün ərzində bu bölgədə virusa yoluxanların sayı 20 007, ölüm halları isə 1797 nəfər artıb.

COVID-19 infeksiyasına ən az yoluxma Afrikadadır – 1 664 hal. Bu qitədə 29 nəfər koronavirusun qurbanı olub.

Azərbayacanın yaxın qonşuları olan İran və Türkiyədə də vəziyyət qənaətbəxş deyil. Türkiyə səhiyyə nazirinin məlumatına görə, ölkədə ölü sayı yenidən artaraq 59 olub. Toplam xəstə sayı isə 2433 nəfərdir. 

İranda 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2077-yə çatıb.