Dünyanı iflic edən koronavirusu yayan ilk adam kim olub?

26 Mart, 2020 11:20 | Sosial | Baxış sayı: 291
Koronavirus
Koronavirus

İlk xəstələnən qadın bazarda krivetka satıb

Bütün dünyada həyatı, iqtisadiyyatı iflic edən koronavirusa ilk yoluxan şəxsin kimliyi bəlli olub. Çindən başlayaraq yayılan və dünyanın ən aparıcı ölkələrinin belə qarşısında aciz qaldığı virusun ilk daşıyıcısı dəniz məhsulları bazarında çalışan bir çinli satıcı olub.

Vey soyadlı qadın Uhan şəhərindəki "Xunan" bazarında canlı dəniz krivetkası satıb. Ötən ilin 11 dekabrında onun hərarəti qəfildən qalxıb və qadın xəstəxanaya müraciət edib. Qadının sözlərinə görə, adətən belə olanda xəstəxanaya gedirdi, ona bir iynə vururdular və hər şey düzəlirdi. Lakin bu dəfə iynələr ona kömək etməyib. 

Bir neçə gün sonra Vey elm və texnologiya universitetinin nəznindəki xəstəxanaya müraciət edib. Bundna sonra onun koronavirus daşıyıcısı olduğu bəlli olub.

Ehtimala görə, məhz onun çalışdığı bazar virusun mənbəyidir. 

Dekabrın 31-də Uhan səhiyyə idarəsi 27 nəfərin də virusa yoluxduğunu açıqlayıb. Onlardan 24-ü "Xunan" bazarı ilə bağlı olublar.

Xatırlıadaq ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus bu günə kimi 18 mindən çoxinsanın ölümünə səbəb olub. Çindən yayılan virus qısa zamanda dünyaya sıçrayıb. İndi Avropada vəziyyət daha pisdir. Ölüm sayına görə, İtaliya və İspaniya hətta mənbə olan Çini belə keçib.