İşsiz adam qalmayacaq - Plan təsdiqləndi

26 Fevral, 2020 10:36 | Sosial | Baxış sayı: 145
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Hər ay işəgötürənlərin siyahısı dislokasiyaya uyğun hazırlanacaq

Məşğulluğun təminatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiq edildi. Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilib. 

Plana əsasən, hər ay işəgötürənlərin siyahısı dislokasiyaya uyğun hazırlanacaq, bu siyahı, habelə potensial vakant iş yerlərinin hədəflənməsi üçün işəgötürmə potensialı yüksək olan müəssisələrin siyahısı  (ildə iki dəfə) rayon (şəhər) Məşğulluq Mərkəzlərinə təqdim ediləcək.

Tədbirlər Planında hər bir rayon üzrə işəgötürmə hədəflərinin hazırlanması, vakant iş yerlərinin “Məşğulluq” altsisteminə yerləşdirilməsi istiqamətində işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi, həmin altsistem üzərində hər həftə təhlil xarakterli məlumatların hazırlanması, mütəmadi olaraq peşə hazırlığı üzrə dördtərəfli müqavilələrin bağlanması nəzərdə tutulur.

 Eyni zamanda, işəgötürənlərin maraqlandırılması və işəgötürmənin stimullaşdırılması, işlə təmin olunma səviyyəsinin daha da artırılması üçün əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının  tətbiqi, işəgötürənlərlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün sosial müəssisələrin yaradılması istiqamətində il ərzində tədbirlərin görülməsi də Planda yer alıb.

Tədbirlər Planında “Məşğulluq” altsistemi, dördtərəfli müqavilələr əsasında peşə hazırlığının təşkili, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. mövzularda maarifləndirmə tədbirlərinin, dəyirmi masaların keçirilməsi də əksini tapır.