Məktəbli iynə vurulandan sonra öldü - ailəsi şikayətçidir

26 Fevral, 2019 14:57 | Sosial | Baxış sayı: 289
İynə
İynə

Rayon xəstəxanası araşdırmanın nəticəsini gözləməyi məsləhət görür

Şabranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb.

İstiPress-in şimal bürosuna müsahibəsində məsələyə münasibət bildirən rayon mərkəzi xəstəxanasının baş həkimi Aslan Usubovun  sözlərinə görə, Şabran şəhərində yaşayan Dadaşovlar ailəsi bazar günü gecə saatlarında uşaqda yüksək hərarət və sudurqa olduğundan İradə adlı həkimin evinə aparıblar.

Həkim ona ilk yardım edəndən, iynə vurandan sonra Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova Şabran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti normallaşmadığından fevralın 25-də Ə.Qarayev adına Respublika Uşaq xəstəxanasına aparılıb və bu gecə saat 4-də Gülnur Dadaşova Bakıda keçinib.

Aslan Usubov bildirib ki, adətən həkim xəstəyə iynə vurar ki, sağaltsın, burda qəbahət yoxdu ki... Amma onun sözlərinə görə, bunu - 8 yaşlı uşağın ölüm səbəbilə bağlı araşdırmada sözü ekspertlər deyəcək. Həkim səhvindən ölübsə uşaq, bu, aydınlaşar. Hələliksə, görünən odur ki, 8 yaşlı uşaq dünyasını dəyişib.

Onun həkimin vurduğu iynədən sonra və ya hər hansı epidemiyadan sonra ölməsi araşdırmalardan sonra mümkün olacaq.

Hər halda,  ailə uşağın prob qoyulmadan vurulan antibiotik iynəsindən sonra ölməsini iddia edir.