Türkiyədən təxliyyə olunan tələbələr bir azdan Bakıya gətiriləcək - Nazirlik

26 Yanvar, 2020 16:44 | Sosial | Baxış sayı: 84

Avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar

Türkiyənin zəlzələ baş vermiş Malatya, Elaziğ bölgələrindən 100-ə yaxın azərbaycanlı tələbə təxliyyə olunaraq Naxçıvana çatdırılıblar və yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər.

İstiPress-in məlumatına görə, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov nazirlik rəsmilərinin, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələrinin Bakıda hava limanında olduğunu bildirib. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.