Bakıya yaz havası geri qayıdır

26 Yanvar, 2020 15:57 | Sosial | Baxış sayı: 139
Bakı bulvarı
Bakı bulvarı

Şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq

Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İstiPress Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 1-4°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.