Azərbaycanın qonşusunda "donuz qripi" 21 can aldı

26 Yanvar, 2019 13:33 | Sosial | Baxış sayı: 53
Virus
Virus

Son iki ölüm faktı Batumidə qeydə alınıb

Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı artıb. Son məlumata görə, daha iki nəfər "N1H1 virusunun qurbanı olub. Bununla da, xəstəlik qurbanlarının sayı 21 olub. 

Ən son Batumidə 48 yaşlı qadın xəstəlikdən ölüb. Batumidə müalicə alan bir kişi isə vəziyyəti ağırlaşdığı üçün Türkliyəyə göndərilib. Lakin 33 yaşlı xəstənin də xilas etmək mümkün olmayıb. 

Hazırda ölkə xəstəxanalarında onlarla adam bu xəstəlikdən müalicə olunur.