Dövlət Yol Polisinin birinci rəisi dünyasını dəyişdi

25 Dekabr, 2017 16:19 | Sosial | Baxış sayı: 759
Baş Dövlət Yol Polisi İdarəsinin binası
Baş Dövlət Yol Polisi İdarəsinin binası

Mərhum uzun müddət xəstə idi

Azərbaycanda ilk yol polisi idarəsi - Dövlət Avtomobil Müfəttişliyinin (indiki Baş Dövlət Yol Polisi İdarəsi) keçmiş rəisi Rizvan Nəcəfov 83 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə mərhumun qohumları xəbər verib. 

Azərbaycanda ilk yol polisi idarəsi - Dövlət Avtomobil Müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeçiliyinə verilib.  Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyində onun adından başlamış işinədək ciddi dəyişikliklər edildi, yeni qanunvericilik bazası yaradılıb. Müstəqil Azərbaycanın  Dövlət Avtomobil Müfəttişliyinin ilk rəisi mərhum Rizvan Nəcəfov olub. 

1934-cü ildə Şamaxıda anadan olmuş Rizvan Nəcəfov Azərbaycan DTK-nın daxili təhqiqat idarəsinin rəisi Niyazi Nəcəfovun qardaşıdır. 

Allah rəhmət eləsin!

Rizvan Nəcəfovun 80 illik yubileyi münasibəti ilə hazırlanmış foto-stend
Rizvan Nəcəfovun 80 illik yubileyi münasibəti ilə hazırlanmış foto-stend