Bu gecə ən çox qar yağan yer açıqlandı

25 Dekabr, 2017 11:10 | Sosial | Baxış sayı: 240
Qarlı hava
Qarlı hava

Yağıntı dünən gecədən səhərə qədər davam edib

Bu gecə azərbaycan ərazisinə yenidən qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPreess-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 24-ü gündüzdən 25-i səhərədək bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şahdağda 20, Ağdərədə (Ordubad) 15, Sarıbaş, Xınalıq, Qırızda 14, Daşkəsəndə 11, Şamaxıda 10, Şahbuzda 9, İsmayıllıda 7, Astarada 6, Mərəzə, Lənkəranda 5, Xaltan, Altıağac, Ağsuda 4, Sabirabad, Quba, Naxçıvanda 3, Gədəbəy, Göygöl, Balakən, Qəbələ, Zaqatala, Göyçay, Kürdəmir, Qazıməmməd, Lerik, Kişçayda (Şəki) 2, Yardımlı, Göytəpə, Cəfərxan, İmişli, Tərtər, Bərdə, Qusar, Xaçmaz, Gəncə, Sumqayıt, Bakı, Zabrat, Ələtdə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 11, Göygöldə 5, Qırızda 4, Xınalıq, Xaltanda 2, Gədəbəydə 1 sm təşkil edib.