Azərbaycanda üçəm dünyaya gəldi

25 Dekabr, 2017 17:09 | Sosial | Baxış sayı: 285
Üçəmlər - ARXİV
Üçəmlər - ARXİV

Hərbçi ailəsinin sevinci

Qusarda hərbçi ailəsində üçəm doğulub.

İstiPress-in şimal bürosunun məlumatına görə, dekabrın 24-də Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsində üçəm doğulub. Rayonun Çiləgir kənd sakini, 23 yaşlı Şəhla Əmirəliyevanın bu, ilk hamiləliyi olub. O, uşaqların adını İlham, Zəhra və Fatimə qoyub. Körpələrin atasının sözlərinə görə, onlar dövlət başçısının ad günü olan 24 dekabr tarixində dünyaya gəldikləri üçün oğlunu məhz belə adlandırıb. 

Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin müdiri Anjela Əlifxanova İstiPress-in şimal bürosuna məlumat verib ki, uşaqlardan 2-si qız, 1-i isə oğlandır. Oğlan uşağının çəkisi 2kq 500, qızlardan birinin çəkisi 1kq 900, birinin isə çəkisi 2 kq 900 qramdır. Doğuşdan sonra uşaqlar Quba reğional perinatal mərkəzinə göndərilib. 

Doğuşda mərkəzin həkimləri də iştirak edib. Anjela Əlifxanova həm üçəmlərin, həm də anasının vəziyyətinin qənaətbəxş olduğunu deyib.