Bu xəstəxana koronavirusa görə işini dayandırdı

25 Noyabr, 2020 14:59 | Sosial | Baxış sayı: 149
Xəstəxana
Xəstəxana

TƏBİB-in qərarı ilə bu gündən Qusar rayon mərkəzi xəstəxanası bağlanıb və bu xəstəxana da Covid-19 xəstələri üçün ayrılıb.

İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, bu gün saat 17-dən xəstəxana koronavirusa yoluxmuş xəstələri qəbul etməyə başlayacaq. Artıq tibb ocağı xəstələri qəbul etməyə tam hazırdır. Tibbi müəssisə lazımi tibbi avadanlıq və dərman preparatları ilə tam təmin olunub.

Hazırda burada son hazırlıq işləri gedir. Qusarda hələlik yalnız doğum evi fəaliyyətini davam etdirir. Qubada regional perinatal mərkəzin tibbi personalında virusa yoluxma sayı artdığından Qubadan da hamilə qadınların doğuş üçün Qusara və Xaçmaza göndərilməsini də nəzərə alsaq, Qusar doğum evinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Qusarda koronavirusa yoluxmuş xəstələrin sayı 120 -yə yaxındır.