Bakıya gətirilən Qafqazın ən iri borusu tıxac yaratdı FOTO

25 Oktyabr, 2019 10:04 | Sosial | Baxış sayı: 301
Boru
Boru

Fotosu ilə hamını heyrətləndirilən boru Babək prospektindən keçir

Ötən gün Bakının mərkəzində müşahidə edilən nəhəng boru bu gün paytaxtda tıxaca səbəb olub. Bakı Nəqliyyat Agentlıliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.

"Hazırda Babək prospekti şəhər istiqamətibdə sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var".

Xatırladaq ki, ötən gün Bakıda çəkilən foto sosial şəbəkələrdə böyük marağa səbəb olmuşdu. uzunluğu və diametri bir neçə metrə çatan borunun LPG qazlarının saxlanması üçün nəzərdə tutulduğu bəlli olub. Uzunu 35 metr, həcmi 345 ton olan qurğu Qafqazda ilkdir. Növbəti mərhələdə isə 66 metr uzunluğunda olan daha irihəcmli qurğunun gətirilməsi planlaşdırılır.