Bu şəxslərə islah işləri təyin olunmayacaq

25 Sentyabr, 2017 19:01 | Sosial | Baxış sayı: 158
Milli Məclis
Milli Məclis

Azərbaycanda 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

Azərbaycanda islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin olunmayacaq.

İstiPress report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 49-cu (islah işləri) maddəsinə yeni bənd əlavə edilir.

49.4-cü maddəyə əsasən, islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir.
Cinayət Məcəlləsindəki dəyişiklik layihəsi Milli Məclisin deputatlarının müzakirəsinə verilib.