Aşurada qan vermək istəyənlərin nəzərinə!

25 Avqust, 2020 15:28 | Sosial | Baxış sayı: 71
Aşura ilə bağlı qan vermə aksiyası - ARXİV
Aşura ilə bağlı qan vermə aksiyası - ARXİV

Hər il Aşura günü təşkil olunan ənənəvi qanvermə aksiyası bu il məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında həyata keçiriləcək.

İstiPress-in məlumatına görə, bu barədə Mərkəzi Qan Bankı məlumat yayıb.

Bildirilir ki, bu addım koronavirusla əlaqədar ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması səbəbindən atılıb. Milli Hematologiya və Transfuziologiya mərkəzi qan vermək istəyən vətəndaşlara müraciət edib, qanvermə zamanı sosial məsafə saxlamaq və maskadan istifadənin mütləq olduğunu bildirib. Qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşların fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət və qoruyucu tibbi maskalardan istifadə etmək kimi tənzimləmə məsələlərində Milli Hematologiya və Transfuziologiya mərkəzinə Azərbaycan Könüllülü Təşkilatları İttifaqı də yardımçı olacaq.

Qeyd edək ki, bu il Aşura günü avqustun 30-na təsadüf edir.