Sahibsiz it 13 yaşlı uşağa hücum etdi

25 Avqust, 2019 13:02 | Sosial | Baxış sayı: 106
Quduz it
Quduz it

Uşağa quduzluğa qarşı vaksinasiya vurulub

Siyəzəndə 13 yaşlı uşaq küçə itinin hücumuna məruz qalıb.

İstiPress-in şimal bürosuna verilən məlumata görə, 13 yaşlı Emin Mürvətovu Siyəzən şəhəri ərazisində sahibsiz it dişləyib.

Dərhal Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılan uşağa quduzluğa qarşı vaksinasiya vurulub, tibbi yardım edilib.