Oğuzda da meşə yanır

25 Avqust, 2019 11:23 | Sosial | Baxış sayı: 93
Meşə yanğını
Meşə yanğını

FHN hadisə yerinə amfibiya təyyarəsi və helikopterlər cəlb edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

İstiPress FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Əlavə məlumat veriləcək.