Dərs ili gec başlayacaq: uşaq sayı azalır

25 Avqust, 2017 08:36 | Sosial | Baxış sayı: 490
Erməni məktəbliləri
Erməni məktəbliləri

Ermənistanda valideynlər uşaqlarını məktəblərə buraxmır

Ermənistanda 1 sentyabr görünür ki, dərs ili başlamayacaq. 

İstiPress erməni mətbuatına istinadən xəbər verir ki, onlarla məktəbin bu səbəbdən birləşdirilməsi gözlənilir. Bundan əlavə, uşaqların sayı da azalır. Buna həm doğuşun səviyyəsinin düşməsi, həm də valideynlərin ölkədə gündən-günə artan cinayət hallarından qorxaraq uşaqlarını məktəbə buraxmaması təsir göstərib.

Təhsil naziri Levon Mkrtçyan 14 məktəbin birləşdirilməsinin gündəmdə olduğunu bildirib.
Onun sözlərinə görə, bu məktəblər 100 metr aralı yerləşir, həm də gün ərzində 60-80 şagirdi qəbul edir deyə, birləşdirilməsinə ehtiyac var.