Bakıda yollar yenə bağlanır SİYAHI

25 İyul, 2019 12:06 | Sosial | Baxış sayı: 66
Velosipedçilərimiz
Velosipedçilərimiz

Velosipedçilər üçün Lökbatan dairəsindən şəhərin mərkəzinə doğru hərəkət marşurutu qurulub

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bu barədə deyib.

V.Əsədov bildirib ki, bu gün səhər saat 9:00-dan başlayaraq 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü km-Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Şıx qəsəbəsi Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşurutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər.

Avtomobil sahibləri və sürücülərin nəzərinə çatıdırırıq ki, alternativ yol kimi, Bakı-Salyan 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçəməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yollar üzrə hərəkət müəyyən edilib.