Bakıda ekspres avtobuslar işə düşür

25 İyul, 2019 09:51 | Sosial | Baxış sayı: 68
"BakuBus"
"BakuBus"

Avtobuslar “Jara”ya bileti olanları daşıyacaqlar

Bu gündən iyulun 28-nə qədər keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilib.

Marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.

Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.