Bakıda daha bir avtobusun xətti dəyişdi VİDEO

25 İyul, 2017 10:42 | Sosial | Baxış sayı: 89
Dayanacaq
Dayanacaq

Marşrtun xətti uzadılıb

Bakıda hərəkət edən sərnişin avtobuslarından daha birinin marşrutu dəyişir. Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, 24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir.

Dəyişiklik edilməsi ilə bağlı qərar Sakit Qocayev, Ruhulla Axundov, Mahir Əmirov küçələrinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çox saylı müraciətləri əsasında qəbul edilib. Dəyişikliyə əsasən, 24 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Sakit Qocayev, Ruhulla Axundov küçələrindən keçməklə Mahir Əmirov küçəsinədək və əks istiqamətdə hərəkət edəcəklər. 

Qeyd edək ki, ilkin mərhələdə 24 nömrəli marşrut xətti üzə avtobuslar 10 günlük sınaq rejimində yenilənmiş sxem üzə hərəkət edəcəklər.