Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

25 İyun, 2020 17:09 | Sosial | Baxış sayı: 66
Koronavirus xəstələri
Koronavirus xəstələri

Azərbaycan Respublikasında 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.