Onlar qanlarını əsigəmədi - FOTOLAR

25 İyun, 2019 17:32 | Sosial | Baxış sayı: 132

100-ə yaxın hər təbəqədən olan rayon sakini

Xaçmazda növbəti qanvermə aksiyası baş tutub.

İstiPress-in şimal bürosunun məlumatına görə, qan xəstəliyindən əziyyət çəkən, talassemiya daşıyıcıları olan uşaqlara yardım məqsədilə keçirilən aksiya Mərkəzi Qan Bankı və rayon mərkəzi xəstəxanası ilə birgə reallaşıb.

Xaçmaz rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev məlumat verib ki, indiycən 100-ə yaxın hər təbəqədən olan rayon sakini öz qanını könüllü verərək bu xeyirxah aksiyaya qoşulub.