Bayılın sürüşən zonasında yaşayanlarla bağlı qərar verildi

25 May, 2019 16:31 | Sosial | Baxış sayı: 53
Bayıl yamacında söküləcək evlər
Bayıl yamacında söküləcək evlər

92 ailə köçürüləcək

Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlər köçürüləcək. Baş Nazir Novruz Məmmədov sakinlərin köçürülməsinin təmin olunması məqsədilə sərəncam imzalayıb.

Sənədlə Bayıl sürüşmə zonasında yaşayan 92 ailə köçürüləcək. Sərəncama əsasən, həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya ilə təmin olunacaq./report/