Yeni bioloji silah insanları belə öldürür

25 May, 2018 14:56 | Sosial | Baxış sayı: 138
Nipah virusu
Nipah virusu

Virusun artıq mutasiya edərək insandan insana keşməsi müəyyən edilib

Hindistanın cənubunda yayılan və əsasən beyni zədələyən yeni Nipah virusundan ölənlərin sayı 10-a çatıb.

İstiPress "National Geographic"ə istinadən bildirir kİ, 1999-cu ildə kəşf edilmiş virusun artıq mutasiya edərək insandan insana keşməsi də müəyyən edilib. 

Buna görə virusdan ölənlər xüsusi təhlükəsizlik tədbirləri altında torpağa tapşırılırlar. Qurbanların yaxınları və həkimlər xüsusi qoruyucu geyimlərlə cənazələri dəfn edirlər. İlk dəfə Malayziyanın Nipah bölgəsində qeydə alınan virusun bioloji silah olmasına dair iddialar da var. 

ABŞ-ın biotexnologiya şirkətləri təcili şəkildə virusa qarşı peyvənd yaratmağa çalışsalar da, hələ ki, nəticə əldə edilməyib. Mikroba qarşı erkən müalicə xəstələrdə qızdırma və xəstəliyin şiddətini qismən azaltsa da, ölümləri əngəlləmir. Nipah virusu qripə bənzər - qızdırma, baş ağrısı, boğaz ağrısı və əzələlərdə ağrı kimi əlamətlərə özünü göstərir.