Bakının bu məktəblərində tətil günləri dəyişdi

25 Aprel, 2018 11:00 | Sosial | Baxış sayı: 941
"Formula 1"
"Formula 1"

Şagirdlər buraxdıqları dərs günlərini əvəz edəcəklər

“Formula-1 Azərbaycan Qran Pri”si ilə bağlı  yarışı” Bakı şəhərinin mərkəzində yerləşən məktəblərdə ibdidai siniflərin yaz tətili və 5-11-ci siniflərin dərs günlərində dəyişiklik edilib. Dəyişikliklər Bakı şəhər dairəsinin üzərində olan təhsil ocaqlarına aiddir. 

T. İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin tarixi 24-30 aprel ilə dəyişdirilib. 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin isə növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Qeyd edək ki, yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.