Şimal rayonunda virusa qarşı tədbirlər

25 Mart, 2020 15:55 | Sosial | Baxış sayı: 306

Çoxmənzulli yaşayış binaları, məktəblər, bütün təhsil ocaqları, mədəniyyət müəssisələri dezinfeksiya edilir

Qubada korona epidemiyasının qarşısının alınması məqsədilə ciddi qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir.

İstiPress-in şimal bürosunun məlumatına görə, Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahdan irəli sürülən bütün tələb və vəzifələr gündəlik olaraq Quba İH-də yaradılmış operativ qərargahda müzakirə olunur.

Qərargahın sədri, rayon İH başçısı Ziyəddin Əliyevin göstərişi ilə şəhərdəki bütün çoxmənzulli yaşayış binaları, məktəblər, bütün təhsil ocaqları, mədəniyyət müəssisələri, ayrı-ayrı təşkilatlar yerləşən binalar, bir sözlə, bütün şəhər ərazisi epidemiyaya qarşı dizenfeksiya olunub və bu proses təkrar olunaraq da aparılır. Rayonun Zərdabi qəsəbəsində yerləşən xüsusi internat məktəbdə  25 nəfər kimsəsiz uşaq qaldığından təhsil ocağında müntəzəm olaraq dizenfeksiya işləri və digər qabaqlayıcı tədbirlər görülür.

Karantin rejimilə bağlı Qubada da qoyulan tələblərə ciddi nəzarət edilir. İri  ticarət, turizm müəssisələri bağlanıb,şəhər və rayon ərazisində yalnız apteklərin və ərzaq mağazalarının işləməsi təmin edilir. Quba operativ qərargahından aldığımız məlumata görə, Quba sakinləri  qoyulan qaydalara ciddi əməl etməlidirlər. Hər bir vətəndaş anlamalıdır ki, görülən bütün təbbirlər əhalinin sağlamlığı üçündür.