Koronavirus bitməmiş hantavirus çıxdı - ölən var

25 Mart, 2020 12:08 | Sosial | Baxış sayı: 184
Təcili yardım
Təcili yardım

32 nəfər karantinə yerləşdirilib

Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə infeksiyanın mənbəyi olan Çində yeni təhlükə meydana gəlib. Yunnan vilayətində avtobusla işə gedən bir nəfər nqliyyat vasitəsində yıxılaraq ölüb.
Bu dəfə çinlinin hantavirus testi pozitiv çıxıb. Bundan sonra avtobusda olan 32 nəfər karantinə götürülüb. 

Ehtimala görə, insanlara bu virus gəmiriçilərdən yoluxa bilər. İnsandan insana yoluxmaq bu virus üçün xarakterik deyil. Bənzər hallar Argentina və Çilidə də qeydə alınmışdı.

Virus bəzi yarasaları, həşaratların dişləməsi nəticəsində də insana keçir. Daha çox isti və quru dövrlərdə müşahidə olunur. Hantavirusun əlamətləri arasında qanaxma, böyrəklərin zədələnməsi də var. 

Xatırladaq ki, episentri Çinin Uhan şəhəri olan koronavirus bütün dünyanı cənginə alıb. Son məlumata görə, 15 mindən çox insan virusun qurbanı olub. Avropada vəziyyət daha qorxuludur. Bu qitədə yerləşən İtaliyada hər gün yüzlərlə insan ölür.