İsrailli alimdən sevindirən xəbər: Pandemiyanın sonu yaxınlaşır

25 Mart, 2020 11:29 | Sosial | Baxış sayı: 237
Koronavirus
Koronavirus

Martın sonunda tamamilə yox olacaq

Dünyanın ən məşhur Nobel mükafatlı biofiziklərindən biri, israilli Maykl Levitt hər kəsun qorxulu kabusuna çevrilən koronavirusun bitəcəyyi vaxtı açıqlayıb. Onun sözlərinə görə, Çindəki infeksiya sayının azalması virusun sonuna yaxınlaşdığımızdan xəbər verir.

Bundan öncə də o virusun Çində yayılmasını fevral ayında zəifləyəcəyini demişdi. "Xubey də infeksiyaya yoluxanların sayı hər gün 30 faiz artırdı. Bu ürküdücü statistika idi. Qrip üzrə mütəxəssis deyiləm. Ancaq sayları analiz edə bilərəmGerçək odur ki, infeksiyanın yayılma sürəti yavaşlayır və bu da pandemiyanın sonunun yaxın olduğu mənasına gəlir". 

İsrailli alim mart sonunda virusun Çindən tamamailə yox olacağı qənaətindədir. Daha sonra Cənubi Koreyada azalma müşahidə olunacaq. Lakin o bütün dünyada koronavirusn nə zaman bitəcəyini açıqlamayıb.

Levittin sözlrinə görə, İtaliyada ölüm hallarının çox olması bu ölkədə yaşlı nəslin nümayəndələrinin əhalinin böyük qismini təşkil etməsi ilə əlaqədardır. 

Xatırladaq ki, M.Levitt 2013-cü ildə "Nobel" mükafatı qazanan 3 alimdən biri olub.