Bakıda kişi dayanacaqda yıxılıb öldü - VİDEO

25 Mart, 2020 15:31 | Sosial | Baxış sayı: 310

Ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub

Sosial şəbəkələrdə kimliyi məlum olmayan şəxsin küçədə öldüyünə dair videogörüntülər yayılıb.

İstiPress-in məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) yayılan görüntülərə aydınlıq gətirib. Nazirlikdən verilən məlumata görə, hadisə bu gün baş verib. Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəflətən pisləşib.

"Yaxınlıqda olan insanların vəziyyətə müdaxilə etməsinə baxmayaraq, şəxs vəfat edib.

Aparılan ilkin araşdırmalar nəticəsində ölən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub. Onun ölümünə də bu xəstəliklər səbəb olub", - məlumatda qeyd olunub.