Bakıda avtobus gözləmə zallarına giriş müvəqqəti dayandırıldı

25 Mart, 2020 14:58 | Sosial | Baxış sayı: 50

Mməqsəd sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

İstiPress-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır: “Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur”.

O, sərnişinlərdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edib.