Azərbaycanda bir həftəyə maska zavodu açılır

25 Mart, 2020 09:46 | Sosial | Baxış sayı: 99
Maska
Maska

Müəssisə gündə 200 min maska hazırlayacaq

Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq. Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır.

Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub.

Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var.