Külək Azərbaycanı dağıdır - 34 m/s

25 Fevral, 2020 15:19 | Sosial | Baxış sayı: 193

Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Külək Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.