Rusiyada 3 nəfər qripdən öldü

25 Fevral, 2019 20:31 | Sosial | Baxış sayı: 63
Qrip
Qrip

Səhiyyə Nazirliyi məlumat yaydı

Rusiyanın Orenburq vilayətində 2-si uşaq, biri böyük olmaqla 3 nəfər qripdən dünyasını dəyişib.

İstiPress “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional şöbəsinin məlumatında bildirilir. Qeyd edilir ki, yoluxma halları əsasən Orenburq, Orsk və Sol-İlets şəhərlərində qeydə alınıb.

Ölüm faktına səbəb isə xəstələrin həkimə gec müraciət etmələridir.  Xəstələrdən yalnız 3,8%-i stasionar şöbələrə yerləşdirilib.