Məktəblər bağlandı - qış tətili başlayır

25 Yanvar, 2020 15:10 | Sosial | Baxış sayı: 183
Qış tətili
Qış tətili

5 günlük və 6 günlük məktəblərdə dərs nə zaman başlayacaq?

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Beş günlük tədris olan məktəblərdə dərs fevralın 3-dən başlayacaq. Nəticədə bu məktəblərin şagirdləri 9 gün müddətində tətil edəcəklər. 

Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərsi isə fevralın 1-də olacaq.

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımildən ibarətdir. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Növbəti tətil isə ibtidai siniflər üçün may ayında olacaq. 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.