"Kitayski" bəla yayılır - 41 ölü

25 Yanvar, 2020 09:42 | Sosial | Baxış sayı: 138
Koronavirusa yoluxan xəstə
Koronavirusa yoluxan xəstə

Koronovirusun qurbanlarının sayı bir gündə 15 nəfər artdı

Çində yayılan koronovirusun yeni növünün səbəb olduğu ölü sayı artıb. Ən son məlumata görə, Xubey vilayətində daha 15 nəfər "2019-nCoV" virusunun qurbanı olub. Bununla da Çində yeni xəstəlikdən ölənlərin sayı 41-ə çatıb. Xəstələrin ümumi sayı 1287 nəfərdir. 

Ötən gün Xubey vilayətində ona yaxın şəhərin giriş-çıxışı bağlanılıb. Xəstəliyin ocağı olan Uxan şəhərində daha ciddi tədbirlər görülüb. İctimai nəqliyyatın hərəkəti demək olar ki, dondurulub.

Yeni ildən sonra sürətlə yayılan virusa artıq ABŞ, Yaponiya, Rusiya, Cənubi Koreya, Taylandda, hətta Avstraliyada da rast gəlinib. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, xəstəliyin əlamətləri soyuqdəymə ilə bənzərlik təşkil edir. Bunların arasında halsızlıq, hərarət, baş gicəllənməsi və s var.