Həftəsonu şaxtalı-qarlı hava görmək istəyənlər bura getsin PROQNOZ

25 Yanvar, 2020 09:15 | Sosial | Baxış sayı: 79
Qarlı hava
Qarlı hava

Bakıda isə dumanlı, küləkli hava gözlənilir

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriln məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta,   gündüz 5-8 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında  hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz  5-8 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta,  gündüz 3-5 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  7-10 dərəcə isti olacaq.

Aran rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-10 dərəcə  isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.  Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz  2-7 dərəcə  isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi yanvarın 25-də gündüz arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4,  gündüz  7-11 dərəcə isti olacaq.