Bu gecə Azərbaycan dondu - 19 dərəcə şaxta

25 Yanvar, 2020 11:08 | Sosial | Baxış sayı: 256
Qarlı hava
Qarlı hava

ETSN xəbərdarlıqlardan sonra ən çox qar yağan əraziləri açıqladı

Ölkə ərazisində edilən hava xəbərdarlığından sonra müşahidə edilən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 25-i  səhərədək ölkə ərazisində  yağıntılı hava şəraiti davam edib, sulu qar,  qar yağıb. 

Düşən yağıntının miqdarı:   

Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara,  Ağdərədə  4 mm,  Ordubadda 3 mm, Qusar, Qrız, Xaçmazda 2 mm, Nabran, Xınalıq, Şabran, Yardımlı,  Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1 mm, Maştağada 4 mm, Bakı və Binədə 3 mm, Sumqayıt və Zabratda 1 mm təşkil edib. 

Qar örtüyünün hündürlüyü:  Ağdərədə (Ordubad)30 sm, Altıağac, Lerikdə 17 sm, Xaltan və Qrızda 10 sm, Xınalıqda 9 sm, Qubada 7 sm, Sarıbaşda (Qax)  6 sm,  Qusarda 4 sm, Şahbuzda 2 sm, Nabran, Yardımlı və Ordubadda  1 sm olub.

Havanın  minimal temperaturu Bakıda 0 dərəcəyə yaxın, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 16-19 dərəcə şaxta olub.