Putin müsəlmanlara söz verdi

25 Yanvar, 2018 13:10 | Sosial | Baxış sayı: 208
Vladimir Putin
Vladimir Putin

"Dəstəyimiz davam edəcək"

Rusiya hökumətinin İslami təhsilə dəstəyi iri dövlət universitetləri vasitəsilə davam edəcək. İstiPress-in məlumatına görə, bunu Kazanda Rusiya müsəlmanlar şurasının müftiləri və Kazandakı Bolqar İslam akademiyasının rəhbərliyi ilə görüşündə prezident Vladimir Putin deyib. "Biz sözsüz ki, dəstəyimizi bundan sonra da davam etdirəcəyik".

O, çoxlu problemləri, bəzən destruktiv ideyaları belə olan gənclər arasında dini tədrisin önəmindən danışıb. "Belə ideylarla ancaq bir cür mübarizə aparmaq olar - başqa fikirlərin köməkliyi ilə".

Putinin sözlərinə görə, ənənəvi islam Rusiya mədəniyyətinin önəmli hissəsini təşkil edir. "Müsəlman əhalimiz isə şübhəsiz ki, çoxmillətli xalqımızın ayrılmaz hissəsidir".