Deputat “Kleksan” və “Favipiravir” qiymətlərinə etiraz etdi

24 Dekabr, 2020 14:15 | Sosial | Baxış sayı: 227

“Qara bazarda 6 manata olan “Kleksan”ı 40 manata, 40 manata olan “Favipiravir”i isə 500 manata satırlar”.

İstiPress-in məlumatına görə, bunu deputat Zahid Oruc parlamentdə deyib. 

O qeyd edib ki, koronavirusla mübarizədə bu dərman vasitələrindən istifadə edilir: 

“Bu qiymətlər tənzimlənməlidir. İnsanlar apteklərdə bu dərmanları tapa bilmirlər. Qara bazarda isə qiymətlər kəllə çarxadır”.