Bu gün də sağalanların sayı yoluxanları keçdi

24 Dekabr, 2020 17:40 | Sosial | Baxış sayı: 1602
Koronavirus testi
Koronavirus testi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 40 nəfər “COVID-19”dan vəfat edib.