Bakıya bu gün aylıq normanın 95 faizi qədər yağıntı düşüb

24 Dekabr, 2020 12:11 | Sosial | Baxış sayı: 114
Bakıda yağış
Bakıda yağış

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb.

İstiPress-in məlumatına görə, dekabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda 28 (aylıq normanın 95 faizi), Sumqayıtda 13 (aylıq normanın 52 faizi), Maştağada 20 (aylıq normanın 59 faizi), Binədə 11 (aylıq normanın 57 faizi), Çilov adasında 3, Mərkəzi-Aran rayonlarında: Neftçalada 25 (aylıq normanın 86 faizi), Hacıqabulda 24 (aylıq normanın 107 faizi), Kürdəmirdə 20 (aylıq normanın 75 faizi), Sabirabadda 20 (aylıq normanın 85 faizi), Cəfərxanda 19 (aylıq normanın 73 faizi), Salyanda 17 (aylıq normanın 60 faizi), İmişlidə 11 (aylıq normanın 47 faizi), Göyçayda 11 (aylıq normanın 35 faizi), Zərdabda 10 (aylıq normanın 51 faizi), Beyləqanda 6, Mingəçevir, Bərdədə 3, Tərtərdə 2, Balakən-Şəki zonasında: Altıağacda 20 (aylıq normanın 60 faizi), Mərəzədə 19 (aylıq normanın 63 faizi), Oğuzda 19 (aylıq normanın 41 faizi), Sarıbaş (Qax) 18, Kişçayda (Şəki) 14, Xaltanda 10 (aylıq normanın 46 faizi), Balakən, Nabranda 10, Xınalıq, Qrızda 5, Şabran, Şahdağda 3, Qazax-Gəncə zonasında: Ağdamda 7, Şəmkirdə 5, Gəncədə 4, Tovuz, Ağstafada 3, Ceyrançöldə 1, Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 12, Şərurda 9, Ordubad, Şahbuzda 8, Naxçıvanda 5, Kiçik Qafqazda: Daşkəsən, Gədəbəydə 4, Göygöldə 3, Lənkəran-Astarada zonasında: Lerikdə 3, Yardımlı, Lənkəran, Astarada 2 mm olub.