AMEA-nın şöbə müdiri dünyasını dəyişdi

24 Dekabr, 2020 11:59 | Sosial | Baxış sayı: 366
AMEA
AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu Folklor və Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu feysbuk hesabında bildirib.

“O, bizim dostumuz, sirdaşımız, sevincimizi bölüşdüyümüz, kədərimizə şərik olan, dəyərli məsləhətləri ilə şöbə əməkdaşlarına kömək edən, bir sözlə şöbəmiz üçün çox dəyərli biri idi. Müharibə dövrü və müharibə sonrası çətin günlərimdə zəng edib dəstək olur, təskinlik verirdi”, - deyə Elyar İslamoğlu paylaşımında qeyd edib.

 

Kamran Əliyev
Kamran Əliyev